Bakıda 57 yaşlı kişi özünü asıb

10:26 - 17 İyun 2020 - HADİSƏ

Bakının Binəqədi rayonunda intihar hadisəsi qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. İyunun 16-da Rəsulzadə qəsəbəsində 1963-cü il təvəllüdlü Fuad Əliyev evində özünü asıb. Onun cəsədi qohumları tərəfindən aşkarlanıb.

İlkin məlumatlara görə, kişi psixi pozğunluqdan əziyyət çəkib.
Hadisə ilə bağlı istintaq rayon prokurorluğu tərəfindən aparılır. İntiharın səbəbləri dəqiqləşdirilir. 

Xəbər xətti