Prokurorluq Gəncədəki insidentlə bağlı məlumat yaydı

09:53 - 17 İyun 2020 - HADİSƏ

Gəncədə 4 nəfərin bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Məlumata görə, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşı arvadı 1967-ci il təvəllüdlü  Ofeliya Quliyevanı, öz gəlini 1984-cü il təvəllüd Günay Quliyevanı və nəvələri- 2006-cı il təvəllüdlü  Malik Quliyev, 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızını bıçaqlayıb.

Hadisə zamanı O. Quliyeva hadisə yerində ölüb. Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən M. Quliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti