Gəncədə kütləvi dava: 3 nəfər bıçaqlanıb, onlardan biri ölüb (Təfərrüatı)

21:40 - 16 İyun 2020 - HADİSƏ

Gəncədə ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub. APA-nın yerli bürosunun məlumatına görə, qətli törədə şəxs, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşının ailə üzvlərini bıçaqlayıb. M.Quliyev qardaşı arvadını, öz gəlinini və nəvələrini bıçaqlayıb. Qardaşı arvadı, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı hadisə yerində dünyasını dəyişib. Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

20:25

Gəncə şəhərində kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.

Bıçaqlananların biri ölüb, digər iki nəfəri isə ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.  Ölən və xəsarət alanların kimliyi məlum deyil.

Hadisənin hansı səbəbdən baş verməsi dəqiqləşdirilir. ///Apa

Xəbər xətti