Daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib

19:46 - 16 İyun 2020 - Xəbər

Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qrafik üzrə bu gün 150 nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəyə keçməsinin təmin olunacacağını bildirmişdi.

Xəbər xətti