Julia Behbudova: "Səs yarışmaları gənclərin özlərini ifadə etmələri üçün ən ideal vasitələrdəndir"

13:45 - 14 İyun 2020 - MAQAZİN

Beynəlxalq arenada vokal ifaçı kimi tanınan Julia Behbudova ölkədə keçirilən səs yarışmaları ilə bağlı fikirlərini "Üç nöqtə" yə danışdı.

 Dünyaca məşhur opera səhnələrində çıxış edən ifaçı beynəlxalq səs yarışmalarında istedadlı gənclərin yetişməsində bu yarışmaların müstəsna rolu olduğunu bildirib:"Səs yarışmaları gənclərin özlərini ifadə etmələri üçün ən ideal vasitələrdəndir. Hansı ki, bu gün Azərbaycanda və dünyada tanınan sənətçilərin əksəriyyəti məhz bu müsabiqələrin qalibləri olub. Hesab edirəm ki, belə müsabiqələrin sayı nə qədər çox olsa bu həmin ölkənin istedadlarının üzə çıxması üçün ən gözəl vasitələrdən biri olar".

Qeyd edək ki, Julia Behbudova bir çox beynəlxalq layihələrdə münsif heyəti qismində iştirak edib.  Azərbaycanda isə 2015-ci ildə keçirilən "Səs Azərbaycan" yarışmasında komisiyanın üzvü olaraq çıxış edib. 

Xəbər xətti