Azərbaycanda yeni animasiya filminin 1-ci hissəsi çəkilib -Video

12:29 - 9 İyun 2020 - Mədəniyyət

"Azanfilm" Studiyası "Tıq-tıq və dostları möcüzələr axtarışında" maarifləndirici, çoxhissəli animasiya filminin 1-ci hissəsinin istehsalını tamamlayıb.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, animasiya filminin 1-ci hissəsində Tıq-tıq öz dostları ilə cənub bölgəsinə səyahət edir və orada bitən, nadir ağaclardan olan dəmirağac haqqında məlumat verir.

Filmdə, həmçinin, başqa maarifləndirici məlumatlar da fərqli şəkillərdə balacalara çatdırılır.

Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azanfilm" Studiyasında istehsal olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

"Tıq-tıq və dostları möcüzələr axtarışında" animasiya filminin saundtrekini təqdim edirik:///Apa

Xəbər xətti