İran-ABŞ münasibətlərində yeni dönəm: Sanksiyalar aradan qaldırılır ...

10:20 - 8 Aprel 2026 - DÜNYA

Fevral ayının 28-də başlanan ABŞ və İsrailin İrana qarşı müharibəsi razılaşma ilə dayandırıldı. Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan etdi. Bu qərar Pakistanın Baş naziri Şahbaz Şərifin təklifinə cavab olaraq və İran İslam Respublikasının Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa hazır olması şərti ilə verildi. İranın dövlət televiziyasının məlumatına görə, Tehran atəşkəs üçün 10 şərt irəli sürüb. Hazırda hər iki tərəf özünü qalib kimi təqdim edir. Kim qalibdir? ABŞ qələbə qazanmasa da istəyinə çatdı - radikal qərarlar verən İran elitası aradan götürüldü, həmçinin İran təslim olmasa da məğlub oldu - bütün infrastruktur məhv olub, zəif iqtisadiyyat geri daha da geri düşdü, qonşu ölkələrlə münasibət pisləşdi. Hadisələrin bundan sonrakı inkişafını necə proqnozlaşdırılır? İki həftəlik atəşkəs uzun müddətli ola bilərmi?

Bu abrədə Ucnoqta.az-a açıqlamasında Real partiyasının sədri Natiq Cəfərli bildirdi ki, bu müharibənin qalibi yoxdur.
"Bu müharibədə hər kəs özünü qalib etməli idi ki, elə də oldu. Çox güman ki, atəşkəsin müddəti uzadılacaq. Hətta iki həftə ərzində daha təməl sənədin imzalanması da mümkündür. İran-ABŞ münasibətlərində yeni dönəm başlaya bilər. Müxtəlif əməkdaşlıqlar və anlaşmalar da ola bilər".

N.Cəfərli qeyd edir ki, yeni anlaşmaların tərkibində İrana qarşı sanksiyaların bəzilərə aradan qaldırılacaq:
"Hörmüz boğazında birgə nəzarət mexanizmlərinin yaradılması məsələsi gündəmə gələ bilər, konsorsium yarana bilər. Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı İran və ABŞ-la birgə yeni qaydalar müəyyənləşə bilər. Bir çox yeniliklər görmək mümkün olacaq. Amma bir məsələ dəqiqdir ki, müharibəni yenidən başlamaq çətin olacaq. Hər iki tərəf üçün bu çətin olacaq. İntensiv müharibədən sonra yenidən bərpa olunması çətin məsələdir. İstənilən hallarda qarşılıqlı anlaşmalarla razılaşmalar gözlənilir".

Emin

Xəbər xətti