Bakıda 2 günlük karantindi- polisdən qaçanlar, binanın başında manqal qalayanlar da oldu - VİDEO

20:11 - 6 İyun 2020 - Xəbər

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi tədbirləri çərçivəsində evdən çıxmaq yasaqlansa da, bunu özünəməxsus şəkildə pozanlar var.

Qaydalara əməl etməyən Bakı sakinləri şəhərin mərkəzində, binanın damında manqal qalayıblar.
Onların manqal macərası kameraların yaddaşına əks olunub.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi 8 iyun saat 06.00-dək davam edəcək.///Oxu.az

****

365. az xəbər veriri ki, bu qadağalara baxmayaraq bəzi vətəndaşlar küçələrə çıxır və küçələrdə növbə çəkən polisləri görən kimi ən ağılasığmaz hərəkətlər edirlər.

 

Gün ərzində saytımıza ən müxtəlif videolar göndərilib. Onların bir qismini sizə təqdim edirik.

Xəbər xətti