Əfqanıstanda partlayış olub, 11 polis ölüb

10:27 - 6 İyun 2020 - DÜNYA

Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində törədilən partlayış nəticəsində azı 11 polis əməkdaşı ölüb.


Ucnoqta.az” “Tolo News”a istinadən xəbər verir ki, bunu əyalətin polis idarəsinin nümayəndəsi Sanaullah Ruhani bildirib.

Onun sözlərinə görə, hadisə gecə saatlarında baş verib. İçərisində 11 polis əməkdaşı, o cümlədən dəstənin rəisi də olan avtomobil yola qoyulan minaya düşüb.  

Xəbər xətti