ÜST: Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu ötüb

08:37 - 6 İyun 2020 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlumatına görə, dünyada son bir gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 120 minə yaxın artıb. Pandemiya ərzində ümumilikdə 387 mindən çox insan ölüb.

Qeyd edilir ki, son bir gün ərzində infeksiyaya 118 526 yoluxma qeydə alınıb, COVID-19-dan 4 288 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 535 354 təşkil edir. Ölüm hallarının sayı 387 155-ə çatıb.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb – 3 084 517. Avropada 2 230 706 insan COVID-19-a yoluxub.///report

Xəbər xətti