Ermənilərin Qarabağ müharibəsindən çəkdiyi film Kann festivalında nümayiş olunacaq

18:53 - 4 İyun 2020 - Xəbər

Ermənilər Qarabağ müharibəsindəki işğalçılıq siyasətini pərdələmək üçün yeni film çəkiblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Əgər küləyə çatsaq” adlanan film Fransanın Kann kinofestivalında nümayiş olunacaq. Festivalın prezidenti Pyer Leskyur və direktor Tyeri Fremo artıq filmin müsabiqə proqramına daxil olmasını təsdiq ediblər.

Nora Martirosyanın çəkdiyi film festivalın “The First Features” proqramında nümayiş olunacaq. Azərbaycanın işğal altındakı torpaqlarında çəkilən film Qarabağ müharibəsinin gedişində yaşanan dramatik hadisələrdən bəhs edir. Çəkilişlərə Fransa və Belçikanın prodüser mərkəzləri maliyyə yardımı da ediblər.

Xatırladaq ki, hər ilin mayında Fransanın Kann şəhərində keçirilən kinofestival koronavirus səbəbindən ləğv olunub. Onun onlayn formatda keçirilməsi müzakirə olunur.

Xəbər xətti