Bakıda sərnişin avtobusu yanıb kül oldu- Foto

23:41 - 3 İyun 2020 - HADİSƏ

Bakının Sabunçu rayonunda sərnişin avtobusu yanıb. APA xəbər verir ki, hadisə keçmiş "Komsomol" dairəsi kimi tanınan ərazidə baş verib. 209 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən "Temsa" markalı avtobus qaraja doğru hərəkətdə olan zaman onun salonunda qısaqapanma yaranıb və alova çevrilib. Sürücü Cavid Məmmədov avtobusdan enib, alovun qarşısını almaq istəyib. Buna baxmayaraq, avtobus alova bürünüb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Xəbər xətti