Bakıda qadın qızının sevgilisini bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aynurə Qafarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İş üzrə məhkəmənin baxış iclası iyunun 9-na təyin olunub.
İttihama görə, Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Kənan Binnətov orta yaşlı Aynurə Qafarova tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən Aynurə Qafarova həbs edilib.

İlkin məlumata görə, Kənan Binnətov hadisəni törədən şəxsin qızı ilə münasibətdə olsa da, sonradan onunla evlənməkdən imtina edib. Nəticədə A.Qafarova K.Binnətovu bıçaqlayıb.
A.Qafarova barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.///trend

Tarix
3 İyun 2020 [16:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-03 16:03:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin