Zakir Qaralovun qardaşı cinayət işi açılıb?- AÇIQLAMA

12:58 - 3 İyun 2020 - Xəbər

Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralov Gürcüstanda cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı barəsində yayılan məlumatlara münasibət bildirib.

T.Qaralov APA-ya açıqlamasında qeyd edib ki, barəsində yayılan bu məlumatlar yalandır: “Mənim barəmdə Gürcüstanda guya cinayət işi başlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məlumatlar sifarişli və qərəzli yazılardır. Həmin yazıda adı çəkilən şəxsi mən ümumiyyətlə tanımıram. Azərbaycan ictimaiyyətini provokasiya xarakterli belə yazılara inanmamağa çağırıram”.

Qeyd edək ki, bəzi KİV-də Z.Qaralovun qardaşı Tahir Qaralov barəsində Gürcüstanda cinayət işi başlanması barədə məlumatlar yayılıb.

Xəbər xətti