Xaçmazda yük maşını 55 yaşlı qadını vurub öldürdü

12:41 - 3 İyun 2020 - HADİSƏ

Xaçmaz şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Atatürk küçəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Əli Bəşirova məxsus “Mercedes” markalı yük maşını 1965-ci il təvəllüdlü Ələsgərova Xanım Ələnur qızını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.///qafqazinfo

Xəbər xətti