AzTV-nin operatoru karantinə alındı

10:21 - 3 İyun 2020 - Xəbər

Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması haqda məlumat yayılıb.

Məsələni dəqiqləşdirmək üçün AzTV ilə əlaqə saxladıq.

Qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov “Qafqazinfo"ya açıqlamasında bildirib ki, həmin operator karantinə alınıb:
“Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələ ki, araşdırma aparılır. Operator karantinə alınıb və yoxlama aparılır. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

 

Xəbər xətti