Bakıda 9 yaşlı uşaq cərrahiyyə əməliyyatından sonra ölüb

09:59 - 3 İyun 2020 - HADİSƏ

Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.

Məlumata görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü  Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də  xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq  E. Abdullayev reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. ///Apa

 

Xəbər xətti