Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

Bakıda mağaza gözətçisini qətlə yetirən şəxslər tutulub.

Məlumata görə, hadisə iyunun 1-də səhər saat 06 radələrində baş verib. Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun meyiti Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

Qarət etdikləri 40 min manat, müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb.///trend

 

Tarix
3 İyun 2020 [09:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-03 09:42:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin