Baş Prokuroluq Bakıda özünü yandıran kişi ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Bakıda 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyevin özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intihara cəhdin səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyev üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqdakı şəxslər tərəfindən alov ram edilib və yaralı Yanıq Mərkəzinə yerləşdirilib.///trend

 

Tarix
2 İyun 2020 [19:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-02 19:30:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin