Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

19:24 - 2 İyun 2020 - Xəbər

Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb. 

İclasın gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında
- Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə (birinci oxunuş)
- "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi
- "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi (birinci oxunuş)///report

Xəbər xətti