Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub- 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 56 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3564 nəfər müalicə olunaraq sağalmış, 71 nəfər vəfat etmiş, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309.901 test aparılmışdır.

Tarix
2 İyun 2020 [18:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-02 18:18:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin