Azərbaycanda uçuşlar bərpa edilir? - RƏSMİ AÇIQLAMA

14:16 - 2 İyun 2020 - Xəbər

Nazirlər Kabineti Macarıstanın “Wizzair” aviaşirkətinin iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcəyi ilə bağlı elanına aydınlıq gətirib.

Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, qurumda bu barədə heç bir məlumat yoxdur:
"Bildiyiniz kimi ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb. “Wizzair”in Bakıya uçuşları ilə bağlı isə bizə məlumat daxil olmayıb".

Qeyd edək ki, Türkiyə avişirkətilərindən biri də bu ay Bakıya uçuşların həyata keçiriləcəyi barədə məlumat yayıblar.

Xəbər xətti