Bərdədə anasını və bacısını qətlə yetirən oğul təslim oldu

13:28 - 2 İyun 2020 - Xəbər

Bərdə rayonunda dəhşətli qətl hadisəsi törədən şəxs saxlanılıb.

Ötən gün Bərdə rayonunun Alaçadırlı kəndində anasını və bacısını odlu silahla öldürən Toğrul Zeynallı könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, Toğrul Zeynallı anası Zeynalova Nəzirəni yaşadığı evdə qətlə yetirib. Dəhşətli cinayətə qısqanclığın səbəb olduğu bildirilir.

Bu zaman onun bacısı Zeynalova Əminə hadisəyə şahidlik edib. O, qardaşından qaçmaq istəyən zaman T.Zeynallı onu da öldürüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.///oxu.az

Xəbər xətti