Nazirlik Ağcabədidə kütləvi işdən çıxarılmanı təkzib edir

13:02 - 2 İyun 2020 - Xəbər

Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumat yayıb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən bildirir ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb. 

Xəbər xətti