Ermənistanda koronavirusa yoluxanların sayı 10 mini keçdi

11:56 - 2 İyun 2020 - Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 10 009 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 517 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 158 nəfər koronavirusdan ölüb, 6 424 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Xəbər xətti