Abramoviç 65 milyon dollara İsraildə ən bahalı villa alıb

Roman Abramoviç 65 milyon dollara İsrailin ən bahalı villasını alıb.

Trend-in məlumatına görə, villa Təl-Əvivdən 15 kilometr şimalda Gersliya-Pituax şəhərində yerləşir. Sahibkar 2 min kv.m. sahəsi olan mülkün alınması barədə sövdələşməni 2006-cı ildə Gersliya-Pituax şəhərində iki torpağ sahəsini 21 milyon dollara alaraq birləşdirən və yuxarıda qeyd edilən villanı tikən milyarder Alan Qovard ilə imzalayıb.

Bildirilir ki, bu 2018-ci ilin mayında İsrail vətəndaşlığını almış R.Abramoviç tərəfindən ölkədə alınan ilk əmlak deyil. 2015-ci ildə iş adamı Təl-Əvivin cənubundakı tarixi Neve Tzedek rayonunda "Varsano" butiki otelini və on bitişik 1.5 min kvadrat metr olan ərazini 25 milyon dollara əldə edib.

Tarix
2 İyun 2020 [07:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-02 07:32:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin