İmişlidə avtomobil aşdı, sürücü xəsarət aldı

19:27 - 1 İyun 2020 - HADİSƏ

İmişli rayonunda yol qəzası baş verib.

Məlumata görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Xubyarlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini Rauf Ramiz oğlu Məmmədovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. ///report


Xəbər xətti