Şəkidəki ayı ilə bağlı daha bir açıqlama

18:26 - 1 İyun 2020 - Xəbər

Qonur ayı Altıağac Miilli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib, həkim-mütəxəssislər tərəfindən müayinə olunub, ona ilkin tibbi yardım göstərilib və nəzarətə götürülüb. 

Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun verdiyi məlumata görə, hazırda ayı volyerdə müşahidə altındadır, bir müddət mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.///qafqazinfo

Xəbər xətti