Məhərrəm ayının başlanacağı tarix məlum oldu

15:28 - 1 İyun 2020 - Xəbər

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı avqust ayının 21-də başlayacaq.

 Aşura Məhərrəm ayının 10-cu gününə, yəni avqustun 30-na təsadüf edəcək.
Səfər ayı isə 19 sentyabrda başlayacaq, 17 oktyabrda başa çatacaq.///trend

Xəbər xətti