Ali məktəblərə imtahansız qəbulla bağlı AÇIQLAMA

11:54 - 1 İyun 2020 - Xəbər

“Bu gündən subbakalavrların ali məktəblərə imtahansız qəbul olunması üçün sənədvermə başlayacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin şəxslər DİM-ə müraciət etdikdən sonra onlar haqqında məlumat aidiyyəti təhsil müəssisəsindən alınacaq:

“Onlar imtahansız qəbulla yanaşı, abituriyent kimi ərizə verib imtahanda iştirak edə bilər. İmtahansız müraciət etdikdə, müsabiqəyə buraxılmaq üçün minimal bal hesablanacaq”.
“Amma imtahanda abituriyent kimi iştirak edərlərsə, yüksək bal toplaya, daha yaxşı yerə qəbul ola bilərlər”, - deyə sədr qeyd edib.///oxu.az

Xəbər xətti