Bərdədə DƏHŞƏTLİ QƏTL: Ana və qızı güllələndi- Foto (Yenilənib)

Bərdə rayonunda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə gecə 03:00 radələrində baş verib. Toğrul Zeynallı anası Zeynalova Nəzirəni yaşadığı evdə qətlə yetirib. Dəhşətli cinayətə qısqanclığın səbəb olduğu bildirilir.
Bu zaman onun bacısı Zeynalova Əminə hadisəyə şahidlik edib. O, qardaşından qaçmaq istəyən zaman T.Zeynallı onu da öldürüb.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, hazırda rayon prokurorluğunun və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

 


07:28

 

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb Şəxsiyyətləri məlum olmayan ana və qızı ov tüfəngi ilə qətlə yetirilib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. ///report

Tarix
1 İyun 2020 [10:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-01 10:00:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin