Bakıda ana və azyaşlı oğlunu maşın vurub

18:31 - 31 May 2020 - HADİSƏ

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən, 1989-cu il təvəllüdlü Aliyə Seyidəliyeva və azyaşlı oğlu Ömər Seyidəliyevi avtomobil vurub. Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

 

Xəbər xətti