İranda gün ərzində daha 63 nəfər koronavirusdan ölüb

14:05 - 31 May 2020 - DÜNYA

İranda ötən sutka ərzində daha 2 516 nəfər koronavirusa (COVID19) yoluxması ilə bu virusa yoluxanların sayı 151 466 nəfərə çatıb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, virus daşıyıcılarından 2 527 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Cahanpur əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 63 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 7 797 nəfərə yüksəlib.
Nazirlik rəsmisi ölkədə indiyədək 118 848 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 935 mindən çox test həyata keçirilib.

Xəbər xətti