İngiltərədə 10 futbolçu koronavirusa yoluxdu

12:43 - 31 May 2020 - İDMAN

İngiltərə Futbol Liqası Çempionşipdə son koronavirus testlərinin nəticələrini dərc edib.

Yoxlama prosesindən 24 klubun 1 058 futbolçusu keçib. Həmin testlərin 10-u müsbət çıxıb. Adları açıqlanmayan oyunçular və klub əməkdaşları özünütədric rejiminə göndəriləcək, daha sonra təkrarən yoxlanılacaqlar.

Qeyd edək ki, testin ilk mərhələsi zamanı Çempionşipdə 7 yoluxma aşkarlanmışdı.///report

Xəbər xətti