Qusarda FACİƏ: Hasar uşaqların üstünə uçdu- ölən və yaralanan var

11:50 - 31 May 2020 - HADİSƏ

Qusarda hasarın aşması nəticəsində faciə baş verib.

Rayonun Cibir kəndində baş verən hadisə zamanı 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən həmin sahənin girəcəyində yerləşən, təxminən, 9-10 il əvvəl mişar daşı ilə hörülmüş hasar, həmçinin hasarın tərkib hissəsi olan daş tumbalar və dəmir qapı uçub.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travmasıə alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək ki, hadisənin baş verdiyi həyət Valəddin Şeydayevə məxsusdur.

Xəbər xətti