Tovuzda minaatan mərmisi aşkar olunub- Foto

08:02 - 31 May 2020 - Xəbər

2020-ci il 30 May tarixində saat 18:17-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Tovuz rayonu, Əlibəyli kəndi ərazisindən keçən çayın kənarından 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib və adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan (boş) 82 mm-lik minaatan mərmi (O-832) aşkar olunaraq agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbər xətti