Bərdədə polisin və qadının bıçaqlanması ilə bağlı RƏSMİ MƏLUMAT

Baş Prokurorluq Bərdədə bıçaqlanma faktı ilə bağlı məlumat yayıb.

Prokurorluğun Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumatda deyilir:
"Mayın 30-da saat 11 radələrində Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gediblər.

Polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla Vüsaləni təqib edərək ona kürək nahiyəsindən qəsdən 3 dəfə vurub bədən xəsarətləri yetirib, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirib.

Elçin Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd), 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Elçin Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Hadisədən dərhal sonra zərərçəkmiş şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılmış və onlara ilkin tibbi yardım göstərilib.
Hazırda zərərçəkmiş V.Cəfərova və polis əməkdaşının stasionar qaydada müalicələri davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir".

Tarix
30 May 2020 [18:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-30 18:27:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin