Faktiki hava: Xəzərdə dalğanın hündürlüyü 4,5 metrə çatıb

16:46 - 30 May 2020 - Xəbər

Milli Hidrometeorologiya Xidməti saat 16:00-a olan hava məlumatını açıqlayıb.

Xidmətdən verilən məlumata görə, şimal-qərb küləyi Neftçalada 20 m/s, Tərtərdə 18 m/s, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıtda 28 m/s, Qum adasında 26 m/s, Maştağada 25 m/s, Binədə 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Xəbər xətti