Ali məktəblərə 62 021 abituriyent ərizə verib

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə 62 021 abituriyent elektron qaydada ərizə verib.

Onların çoxu I ixtisas qrupu üzrə sənəd verənlərdir. Ümumilikdə indiyədək I ixtisas qrupu üzrə 26 168, II ixtisas qrupu üzrə 11 549, III ixtisas qrupu üzrə 19 732, IV ixtisas qrupu üzrə 4 572 abituriyent ərizə verib.

Bu günədək ərizə verənlərin 56 605 nəfəri Azərbaycan, 5 416 nəfəri isə rus bölməsi üzrə təhsil almaq istəyir.
V ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 46 103, orta ixtisas təhsili səviyyəsi (11 illik orta təhsil bazasında) üzrə qeydiyyatdan keçənlərin sayı 47 879 nəfər təşkil edir.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-dən 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayıb. Ərizə qəbulu iyunun 5-dək internet vasitəsilə aparılır.

Tarix
29 May 2020 [12:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-29 12:45:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin