“Boeing” 737 MAX-ın istehsalını bərpa etdi

“Boeing” şirkəti daha əvvəl təhlükəsizlik qaydalarına görə dayandırılmış "737 MAX"laynerlərinin istehsalını bərpa edib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə aviatikinti şirkətinin bəyanatında deyilir. "Boeing [NYSE: BA] Vaşinqton ştatında, şirkətin Rentonedəki zavodunda 737 MAX-ın istehsalını bərpa edib. Təyyarələr (proqramın startında planlaşdırıldığı kimi) daha aşağı sürətlə inşa edilir, çünki şirkət iş yerində təhlükəsizlik və məhsulun keyfiyyətinin artımına yönəldilmiş ondan çox təşəbbüs reallaşdırır", - deyə şirkətin saytındakı bəyanatında deyilir. 2019-cu ilin dekabrında şirkət 737 MAX laynerlərinin istehsalını 2020-ci ilin yanvarından dayandırmağa qərar verib. 737 MAX-ın uçuşları iki avialaynerin qəzasından sonra ABŞ-da və bir çox başqa ölkələrdə dayandırılıb. Ötən ilin martında “Ethiopian Airlines” aviaşirkətinin içində 157 nəfərin olduğu “Boeing” 737 MAX təyyarəsi Efiopiyanın Debre-Zeyt şəhəri yaxınlığında qəzaya uğrayıb. 2018-ci ilin noyabrında İndoneziyanın “Lion Air” şirkətinin eyni markalı təyyarəsi qəza səbəbindən onlarla insanın həyatına son qoyub. Qəzalardan sonra təxminən 20 ölkə öz səmalarını bu modeldən təyyarələrin uçuşu üçün bağladılar, bir çox aviaşirkətlər “Boeing 737 MAX 8-in istismarını dayandırıb. ABŞ-ın Federal Aviasiya İdarəsi bu modelin istismarına qadağa tətbiq edib.
Tarix
28 May 2020 [09:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-28 09:07:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin