Cəlilabadda 2 yük maşını toqquşub- yaralılar var

20:40 - 27 May 2020 - HADİSƏ

Cəlilabad rayonunda yol qəzası baş verib.

Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "KamAZ" və "İsuzu" markalı iki yük avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti