Kürdəmirin Sığırlı kəndində koronavirusa görə iaşə obyektləri bağlanıb

Kürdəmir rayonunun Sığırlı kəndində çayxana, restoran və digər iaşə obyektləri bağlanıb.

APA-nın Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərinin müavini Ağali Kərimliyə istinadən verdiyi xəbərə görə, son günlər rayonun Sığırlı kəndində insanlar arasında koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə rayonun müvafiq orqanları tərəfindən zəruri tədbirlər görülür. Yerli sahibkarlar da bu məqsədlə heç bir müdaxilə olmadan obyektlərini müvəqqəti bağlanmasına qərar veriblər.

Kürdəmirdə son gün virusa 5 nəfər yoluxub. Onlardan 4-ü Sığırlı kəndinin sakinləridir. Beləliklə, Kürdəmirin Sığırlı kəndində koronavirusa yoluxanların ümumi sayı 25-ə çatıb. Rayonda virusdan daha 12 nəfər sağalıb. Bu günə kimi rayonda 71 nəfərdə virus aşkarlanıb ki, onlardan 31-i sağalaraq evə buraxılıb. Kürdəmirdə koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Tarix
27 May 2020 [12:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-27 12:52:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin