İŞİD-in İraqdakı lideri öldürülüb

17:46 - 26 May 2020 - DÜNYA

İŞİD terror təşkilatının İraqdakı lideri Muataz əl-Cjaburi öldürülüb. APA-nın İraqın INA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Antiterror Xidməti məlumat yayıb. Bildirilib ki, Muataz əl-Cjaburi antiterror əməliyyatı zamanı zərərsizləşdirilib. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Muataz əl-Cjaburi İŞİD rəhbərinin köməkçisi olub.

Xəbər xətti