Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Tarix
26 May 2020 [14:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-26 14:51:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin