Sumqayıtda hərbçilərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb

12:17 - 26 May 2020 - HADİSƏ

Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib, zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu və 1 mülki şəxs ölüb, 2 nəfər isə ağır xəsarət alıb. 

Xəbər xətti