Bakı-Şamaxı yolunda ağır qəza: 5 nəfər öldü, 2 nəfər xəsarət alıb

09:59 - 26 May 2020 - HADİSƏ

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, "Saipa" və "Opel" markaı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb. Ölənlərdən biri 1956-cı il təvəllüdlü Yusubov Mənaf Nüsubət oğludur. Hadisə nəticəsində dünyasını dəyişənlərin digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

Xəsarət alanlar isə 1984-cü il təvəllüdlü Əliyev Ramil Gülhəsən oğlu və 1991-ci il təvəllüdlü Musazadə Azər Mürvət oğludur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub.///Apa

Xəbər xətti