Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti iyunda bərpa ediləcək

Gürcüstanda ictimai nəqliyyatın hərəkəti iyunda bərpa ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze məlumat verib. Onun sözlərinə görə, hələlik bu sahə ilə bağlı qaydalar tam hazır olmasa da, iyunun əvvəlində ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsi gözlənilir.

"Dəqiq tarix bəlli deyil. Bizdə bu məlumat yoxdur. Lakin mən bu məsələni Qurumlararası Koordinasiya Şurasının iclasında da qaldırdım, çünki cəmiyyətdən böyük tələbat var. Biz bu sahənin mütəxəssislərinin tövsiyələrini izləyirik. İctimai nəqliyyatın fəaliyyətinin iyunun əvvəlində bərpa edilməsi gözlənilir ”, - deyə K. Kaladze bildirib.

Qeyd edək ki, martın 31-dən etibarən COVID-19 pandemiyası ilə əlaqədar qonşu ölkədə qatarların, metro və digər ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Aprelin 27-də ölkədə taksi fəaliyyətinin bərpasına icazə verilib.

 

Tarix
25 May 2020 [17:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-25 17:34:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin