Biləsuvarda qoyun oğrusu saxlanılıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmkəndlisinə məxsus xırdabuynuzlu heyvanları oğurlayan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar rayonunun Ağayrı kənd sakini R.İmanov may ayının 24-də polisə müraciət edərək ona məxsus təsərrüfatdan ümumi dəyəri 1120 manat olan 6 baş qoyunun oğurlandığını bildirib. Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin həmkəndlisi İlkin Mustafazadə olduğu müəyyən edilib. Oğurlanmış heyvanlar sahibinə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
25 May 2020 [16:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-25 16:31:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin