İtaliyada sutka ərzində koronavirusdan ən az ölüm faktı qeydə alınıb

İtaliyada koronavirus infeksiyasından sağalan xəstələrin sayı 140 479 nəfərə çatıb.

Bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında deyilir. Son sutka ərzində xəstəxanalardan evə buraxılanların sayı 1639 nəfər olub. Bu müddətdə daha 50 nəfər də virusun qurbanına çevrilib və ölənlərin ümumilikdə sayı 32 785-ə çatıb.

Bu, epidemiya müddətində ölkədə ən az göstəricidir. Eyni zamanda İtaliyada koronavirusun episentri sayılan Lombardiyada bazar günü ölüm qeydə alınmayıb.
Hazırda müalicə müəssisələrində 8613 italiyalı müalicə olunur, son sutkada onların sayı 82 nəfər azalıb.

Epidemiyanın başlanğıcından bu günədək ölkədə ümumilikdə 229 858 nəfər koronavirusa yoluxub, son sutkada yoluxanlar isə 531 nəfərdir. Hazırda 56 594 nəfər virusun daşıyıcısı hesab olunur.///Apa

Tarix
24 May 2020 [21:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-24 21:03:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin