Aztəminatlı ailələrə Ramazan sovqatı paylanıldı - Foto

19:18 - 24 May 2020 - Xəbər

 Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə ərzaq yardımı edilib.

Ucnoqta.az xəbər verir ki, "Dəstək Olaq" İctimai Birliyi və Buta.ws saytı koronavirus infeksiyası ilə mübarizədə Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq sosial dəstək tədbirlərini davam etdirir. İctimai birlik Ramazan bayramı münasibətilə yardım aksiyası keçirib. Belə ki, Bakı şəhərində yaşayan aztəminatlı ailələrə aksiya çərçivəsində ərzaq yardımı edilib.

Aztəminatlı ailələrin sevincinə şərik olmaqda dəstək olan Aygün İsmayıl, Nüşabə Səfərovaya və Nuri Qəniyevə təşəkkür edirik.


Xəbər xətti